Burqazada korvet gəmisi dənizlərə açıldı

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım yeni gəminin dənizə buraxılması mərasimində iştirak ediblər

513653
Burqazada korvet gəmisi dənizlərə açıldı

  Türkiyə Müdafiə Sənayesi İcra Məclisinin 2004-cü il qərarından sonra yerli hərbi gəmi istehsalına başlayan Milli Gəmi (MİLGEM) Layihəsi çərçivəsində üçüncü Burqazada ada sinfi korvet gəmisi dənizə buraxılıb.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım yeni gəminin dənizə buraxılması mərasimində iştirak ediblər. Ərdoğan burada etdiyi çıxışında Burqazada gəmisinin ölkəyə xeyirli olacağını və Türkiyə bayrağını dənizlərdə şərəflə dalğalandıracağını vurğulayıb.

  MİLGEM Layihəsinin üçüncü gəmisi olan Burqazada korvetinin uzunluğu təxminən 100 (99,5) metr, genişliyi 14,4 metr, ağırlığı isə 2400 tondur. Saatda 29 dəniz mili sürətilə hərəkət edən gəmidə 35 meqavat gücə çatan qaz turbini və dizel maşın cüt pərvanə sistemi var. Yanacaq dəstəksiz 3500 dəniz mili, yəni 6485 kilometr məsafə qət edə bilən gəmi 10 gün dənizdə qalabilmə xüsusiyyəti daşıyır. Bundan başqa, gəmi 10 tonluq vertolyot üçün lazımi platforma vəzifəsini yerinə yetirmək gücünə malikdir.

  8 gəmidən ibarət MİLGEM Layihəsinin dördüncüsü olan Xınalıada korvetinin isə qaynaq mərasimi təşkil edilib ki, gəminin ilk qaynağını  dövlət başçısı Ərdoğan edib.

  Gəminin inşası və dənizə buraxılma tarixləri 5 ay qabağa çəkilib, onun 2017-ci ilin may ayında suya çıxarılması planlaşdırılır.

  Qeyd edək ki, korvet -müşayiət və gözətçilik funksiyasını daşıyan hərbi gəmi növüdür, su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər.



Әlaqәli Xәbәrlәr