"Türkiyə müttəhimlər kürsüsündə əyləşən bir ölkə deyildir", R.T. Әrdoğan

Dövlǝt başçısı Ərdoğan 3 günlük Afrika səfərindǝn öncə Adnan Mǝndǝrǝs hava limanında mətbuat konfransı keçirib.

501618
"Türkiyə müttəhimlər kürsüsündə əyləşən bir ölkə deyildir", R.T. Әrdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin bir (rus) pilotun (hava mǝkanını pozması) səhvinǝ görǝ Türkiyəni fəda etməsinin düşündürücü olduğunu deyib.

 Dövlǝt başçısı Ərdoğan 3 günlük Afrika səfərindǝn öncə Adnan Mǝndǝrǝs hava limanında mətbuat konfransı keçirib.

 Qeyd edǝk ki, Rusiya prezidenti Vladimir Putin, "münasibətləri düzəltmək istədiklərini ancaq ilk addımın Türkiyə tǝrǝfindǝn atılmasının lazım olduğu" barǝdǝ bəyanat vermişdi.

Bu açıqlama qarşısında Türkiyə-Rusiya münasibətlərinə toxunan Ərdoğan, bunları dilə gətirib vǝ deyib ki,  məni maraqlandıran məsələ budur ki, bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm. Türkiyə müttəhimlər kürsüsündə əyləşən bir ölkə deyildir. Rusiya ilǝ münasibǝtlǝri korlamaq istǝyǝn dǝ biz deyilik. “Hörmətli Putinlə münasibətlərimizin çox fərqli bir səviyyədə olduğu, iki yaxın dost münasibətlərinin mövcudluğu şəraitində bir pilotun səhvinə görə Türkiyə kimi bir dostu fəda etmələri çox düşündürücüdür. Ümid edirəm ki, bu sıxıntı bir an əvvəl keçilir və Türkiyə ilə Rusiya son 10 ildə atılan addımları atmağa davam edir”-deyǝ Dövlǝt başçısı Әrdoğan vurğulayıb.  



Әlaqәli Xәbәrlәr