Mario Giro: “Türkiyə hər kəs üçün nümunədir”

İtaliya Xarici İşlər nazirinin müavini Mario Giro Türkiyənin humanitar yardım məsələlərində hər kəs üçün nümunə olduğunu bildirib.

496820
Mario Giro: “Türkiyə hər kəs üçün nümunədir”

İtaliya Xarici İşlər nazirinin müavini Mario Giro Türkiyənin humanitar yardım məsələlərində hər kəs üçün nümunə olduğunu bildirib.

İstanbulda təşkil edilən Ümumdünya Humanitar Sammitdə iştirak edən Giro Birləşmiş Millətlər Təşkilatında ilk dəfə reallaşdırılan zirvənin əhəmiyyətini, ölkəsinin humanitar yardım mövzusunda atdığı addımları, köç və qaçqın mövzularında Türkiyə ilə əməkdaşlıq məsələlərini qiymətləndirib.

Türkiyənin Ümumdünya Humanitar Sammitinə ev sahibi olaraq seçilməsinin güclü bir simvolik mənası olduğunu vurğulayan Giro "İstanbul yalnız tarixi bir şəhər deyil, fərqli mədəniyyətləri bir araya gətirən ruha sahib bir şəhərdir. Bu, ilk dəfə reallaşdırılan humanitar zirvə üçün əhəmiyyətlidir” deyə bildirib.

İtaliyanın naziri Türkiyənin qaçqın böhranına yanaşma siyasətini təqdir etdiyini vurğulayıb. 



Әlaqәli Xәbәrlәr