Türkiyə Bağdaddakı terror hücumlarını kəskin şəkildə qınayıb

Bağdadda dünən (17.05.2016) təşkil edilən 4 ayrı-ayrı intihar hücumlarında 60-dan çox adam ölüb, 100-dən çoxu isə yaralanıb

492855
Türkiyə Bağdaddakı terror hücumlarını kəskin şəkildə qınayıb

  Ölkənin Xarici İşlər Nazirliyindən verilən şərhdə İraqın paytaxtı Bağdadda törədilən hücumlarda həyatını itirənlər və yaralılar üçün dərin kədər duyulduğu ifadə edilir və yazılır: "Mənfur terror hücumlarını qınayır, həyatlarını itirənlər üçün Allahdan rəhmət, yaralılara şəfa, bütün İraq xalqına səbir diləyirik."

  Şərhdə uzun illərdir terrora qarşı döyüşən Türkiyənin İraqın da apardığı mübarizədə əməkdaşlıq içində olmağa davam edəcəyi bildirilib.

  Xatırladaq ki, Bağdadda dünən təşkil edilən 4 ayrı-ayrı intihar hücumlarında 60-dan çox adam ölüb, 100-dən çoxu isə yaralanıb.



Әlaqәli Xәbәrlәr