"Türkiyədə "terrorla mübarizə haqqında" qanunda dəyişiklik edilməsi mümkün deyil", V.Bozkır

Volkan Bozkır Türkiyədə "terrorla mübarizə haqqında" qanunda dəyişiklik edilməsinin mümkün olmadığını bildirib.

488798
"Türkiyədə "terrorla mübarizə haqqında" qanunda dəyişiklik edilməsi mümkün deyil", V.Bozkır

Avropa İttifaqı işləri üzrə nazir Volkan Bozkır Türkiyədə "terrorla mübarizə haqqında" qanunda dəyişiklik edilməsinin mümkün olmadığını bildirib.

Avropa Parlamenti və Avropa Şurasında görüşlər keçirmək üçün Fransanın Strasburq şəhərinə səfər edən nazir özləl televiziya kanallarından birinə müsahibə verib.

Aİ-nın Türkiyə vətəndaşlarına vizaların ləğv edilməsi üçün "terrorla mübarizə haqqında" qanunda dəyişiklik tələb etməsi ilə bağlı sualı cavablandıran Bozkır, "Türkiyədə "terrorla mübarizə haqqında" qanunda heç bir dəyişikliyi qəbul etmək mümkün deyil. 450 şəhid verdiyimiz, terrorla mübarizə əməliyyatlarının keçirildiyi, kamikadzelərin insanların canına qəsd etdiyi bir mühitdə "terrorla mübarizə haqqında" qanunda dəyişiklik edilməsi Türkiyədə mümkün deyil. Bunu bizim qəbul edə bilməyəcəyimizi düşünərək  tələb edirlərsə o zaman yaxşı niyyətdən bəhs etmək mümkün deyil. Bu gün keçiriləcək görüşlərdə bunu anlamağa çalışacağam” deyə bildirib.

Nazir Bozkır Türkiyənin "terrorla mübarizə haqqında" qanunun, İngiltərə ilə Fransa qanunlarından  daha yaxşı olduğunu vurğulayıb.  

Volkan Bozkır vizaların ləğvi ilə bağlı mənfi rəylər olacağı təqdirdə, "Geri qəbul müqaviləsi"nin qüvvəyə minməsi, Türkiyəyə göndəriləcək 3 milyard avronun hələ gəlmədiyi ilə əlaqəli bütün prosesin nəzərdən keçiriləcəyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr