Türkiyə Hələbdə uşaq xəstəxanasına olan hücumu şiddətlə qınadı

Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın Hələb şəhərində ən böyük qadın doğum və uşaq mərkəzi olan Qüds xəstəxanasına 27 aprel gecəsi edilən hava hücumu ilə əlaqədar açıqlama verdi.

481174
Türkiyə Hələbdə uşaq xəstəxanasına olan hücumu şiddətlə qınadı

Türkiyə XİN  açıqlamada xəstəxanaya olan hücumu şiddətlə qınayaraq, həyatını itirənlərin yaxınlarına başsağlıqları verdi, yaralanlara şəfa dilədi.

 Nazirliyin təcavüz ilə əlaqədar açıqlamasında Suriya rejimi və Rusiyanın Cenevrədə siyasi keçid prosesi ilə bağlı keçirilən hər bir görüş zamanı bu hücumlarını daha da artırıldığı vurğulandı və bunun danışıqlara zərər vermək üçün şüurlu olaraq həyata keçirildiyi qeyd olundu.

 Xarici işlər Nazirliyinin açıqlamasında, uşaqları və qadınları hədəf alan bu hücumun bariz bir müharibə cinayəti olduğu bildirildi.



Әlaqәli Xәbәrlәr