İmmiqrantlar xilas edilib

Çanaqqalanın Ayvacık qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışarkən qayıqları batmaq üzrə olan 11 immiqrant xilas edilib.

480060
İmmiqrantlar xilas edilib

Məlumata görə, Pakistan əsilli 7, Birma əsilli 4 nəfər Çanaqqalanın Ayvacık qəsəbəsi sahilindən Midilli adasına keçmək üçün təxminən iki metr uzunluğundakı rezin qayıqla Ege dənizinə çıxıblar.

Qısa müddətdən sonra immiqrantların mindiyi qayığın mühərriki xarab olub və içəriyə su dolmağa başlayıb.  İçərilərindən türkcə bilən biri telefon vasitəsilə Sahil Təhlükəsizlik Komandirliyinə zəng edərək kömək istəyib.

Qısa müddət ərzində hadisə yerinə gələn xilasedicilər immiqrantları sahilə çıxarıblar. Geyim və yeməklə təmin olunan immiqrantlar lazımı proseduralardan keçdikdən sonra Ayvacıkdakı Əcnəbilərin Geri Qaytarılması Mərkəzinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr