''Kutül Amare'' qələbəsinin 100-cü ildönümü
Tarixçi alim Mustafa Armağan Kutül Amare Zәfәrinin yaxın tarixin dönüş nöqtələrindən biri kimi tarixә düşdüyünü bildirib.
M. Armağan 1916-cı il aprelin 29-da qalibiyyәtlә nәticәlәnәn Kutül Amare müharibәsinә dair verdiyi açıqlamada Türk müharibәlәri tarixindә 1911-ci ildә Trablusgarpda başlayan mәğlubiyyәt zәncirinin martın 18-dә Çanaqqala Zәfәri ilә sona çatdığını vә ingilislәrә qarşı әldә edilәn әn böyük ikinci qәlәbәnin Kutül Amare olduğunu bildirib.
Selmani Pak və Kutül Amare müharibәlәrindә İngiltәrә ordusunun mәğlub edildiyini qeyd edәn tarixçi ‘‘Bu qәlәbәdәn sonra 1917-ci ildә 1-ci Qәzza vә dәrhal sonra 1917-ci ilin may ayında 2-ci Qәzza müharibәsi ilə İngilis ordusu bir daha mәğlub edilib’’ deyә bildirib.
M. Armağan: ‘‘1780-ci ildәn bu yana İngiltәrә ordusunu tәslim edən tәrәf biz olduq. Yәni 135 ildir ki, ingilis әsgәrlәri heç bir orduya әsir olmurdular. İngilis ordusunu topu -tüfәngi, zabiti vә generalı ilə birgə, tәxminәn 14 minә yaxın әsgәri әsir aldıq. Bununla yanaşı 20 minә yaxın da itki verdik’’ deyə bildirib.
Kutül Ammare mühasirәsi (7 Dekabr 1915 - 29 Aprel 1916) ingilis qüvvələri və müttəfiqləri ilə Osmanlı qüvvələri arasında olan I Dünya müharibəsinin əsas müharibələrindən biri olub. Müharibә 1-ci Kut müharibәsi kimi dә tanınır.
Dəclə çayı sahilində Kutül Ammare şəhəri yaxınlığında yerləşən ingilis və müttəfiqlərinin mühasirәsi ilә başlayan müharibə qəsəbənin Osmanlı ordusu tərəfindən ələ keçirilməsi və ingilis qoşunlarının əsir düşmәsi ilә sona çatıb.
Kutül Ammare Dəclə çayı sahilində Şattülarap kanalı ilə birləşən İran Körfəzinin 350 km şimalında, Bağdadın 170 km cənubunda yerləşən bir qəsəbədir.