''Türkiyə və Avropa İttifaqı arasındakı münasibətlər yenidən canlanır''

Bu sözlәri Avropa İttifaqı naziri və Baş müzakirəçi Volkan Bozkır deyib.

470563
''Türkiyə və Avropa İttifaqı arasındakı münasibətlər yenidən canlanır''

Avropa İttifaqı naziri və Baş müzakirəçi Volkan Bozkır son dövrdə Türkiyə və Avropa İttifaqı arasındakı münasibətlərinin yenidən canlandığını və bu münasibətlərdə hər iki tərəfin böyük maraqları olduğunu söyləyib.

Avstriyanın paytaxtı Vyanada görüşlər keçirən Volkan Bozkır Vyana Diplomatik Akademiyasında təşkil olunan konfransda çıxışı zamanı Türkiyənin Aİ-na üzvlük məsələsinin 50-55 illik bir tarixi olduğunu bildirib və deyib ki, Türkiyənin yerində başqa bir ölkə olmuş olsaydı namizədliyi müddətində bu qədər səbirli ola bilməyəcəkdi.

V. Bozkır sığınacaq axtaran şəxslər böhranına da toxunub. Böhranın zəlzələ təsiri yaratdığını bildirən nazir Avropalı həmkarlarının bu problemin yaşandığı ilk illərdə Türkiyənin xəbərdarlıqlarına qulaq asmadığına diqqət çəkib. O, son dövrdə Türkiyəni və Avropanı bürüyən terrorla mübarizə məsələsində ölkələrarası məlumat mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Suriya problemi həllini tapmayana qədər terror hədəsinin və qeyri-qanuni köç problemlərinin davam edəcəyini bildirən Volkan Bozkır "Əvvəlcə Əsəd getməlidir. Əsəd getmədiyi müddətdə onun bombalarından qaçan insanlar evlərinə dönə bilməyəcəklər" deyə bildirib.

Avropaya viza ilə səyahət məsələsinə də münasibət bildirən Volkan Bozkır geri qaytarılma razılaşmasının 3-cü ölkə vətəndaşları üçün iyun ayında qüvvəyə minəcəyini xatırladıb və bildirib ki, "Əgər Avropa İttifaqı viza sərbəstliyi verməzsə biz geri qaytarılma razılaşmasını ləğv edə bilərik" deyə xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr