Türkiyənin İnkişaf hesabatı səsverməyə çıxarılır

Avropa İttifaqı naziri və baş müzakirəçi Volkan Bozkır Avropa Parlamentində bugün səsverməsi keçiriləcək Türkiyənin İnkişaf hesabatının parlamentarilər tərəfindən rədd ediləcəyinə ümid etdiyini bildirib.

470921
Türkiyənin İnkişaf hesabatı səsverməyə çıxarılır

Avstriyanın paytaxtı Vyanada səfərdə olan nazir Bozkır Avropa Parlamentində müzakirə olunacaq sözügedən hesabat layihəsində 1915-ci il hadisələrinə istinad edildiyinə dair xəbərləri də qiymətləndirib.

1915-ci il hadisələrinin "saxta soyqırım" olaraq təsdiqləndiyini bildirən Volkan Bozkır Türkiyənin ötənilki hesabatının da eyni səbəblə qəbul olunmadığını xatırladıb. V. Bozkır bu il də Türkiyə üzrə hesabatçı Kati Pirinin qələmə aldığı mətndə yenə bu ifadələrin yer alması durumunda hesabatın etibarsız sayılacağını ifadə edib. Türkiyənin həssaslıqla yanaşdığı məsələləri sadalayn baş məruzəçi bildirib ki, 1915-ci il hadisələrinə saxta soyqırımı olaraq səhv şəkildə qiymətləndirildiyi ifadənin daxil edilməsi, PKK terror təşkilatının Aİ terror təşkilatları siyahısından çıxarılması tələbi və nəhayət Türkiyənin müzakirə prosesinin yavaşladılması, təxirə alınması, Türkiyəyə üzvlük üçün təmin edilən vəsaitlərin kəsilməyə başlaması kimi tövsiyənin bu hesabatda yer alması xəbərdarlığını edib.



Әlaqәli Xәbәrlәr