Terror qruplaşması PKK-ya qarşı әmәliyyatlar davam edir

Terror təşkilatı PKK-ya qarşı hәyata keçirilәn əməliyyatlarda Mardinin Nusaybin rayonunda 5 əsgər və 1 polis әmәkdaşı, Şırnakda isә bir əsgər şəhid olub.

463496

Nusaybindә tәtbiq edilәn komendant saatından sonra terrorçuların saxlanılması, yerlәşdirilәn bombaların mәhvi, qazılan xәndәklәrin ortulmәsi üçün Türk Silahlı Qüvvәlәri vә hüquq-mühafizә orqanlarının әmәliyyatları davam edir.

Rayonda terrorçular tәrәfindәn yerlәşdirilәn bombanın partlaması nәticәsindә 5 әsgәr vә bir polis әmәkdaşı şәhid olub, 4 polis әmәkdaşı yaralanıb.

Şırnakta hәyata keçirilәn әmәliyyat zamanı isә terrorçuların tәşkil etdiyi silahlı hücum nәticәsindә 1 әsgәr yaralanıb.

Xәstәxanaya yerlәşdirilәn әsgәr edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olub.

Tuncelidә davam edәn әmәliyyatlar nәticәsindә isә terror qruplaşmasına aid çox sayda silah-sursat mәhv edilib.

Etiketlәr: #Mardin , #Şırnak , #Tunceli

Әlaqәli Xәbәrlәr