Türkiyə adanın dəniz sahələrində karbohidrogen axtarışına icazə verməyəcək

Tenderə girmək istəyən bütün ölkə və şirkətləri sağlam düşüncə ilə hərəkət etməyə çağırırıq

458524
Türkiyə adanın dəniz sahələrində karbohidrogen axtarışına icazə verməyəcək

Türkiyə Cənubi Kiprin (Kıbrızın) elan etdiyi III Beynəlxalq Karbohidrogen Araşdırması tenderinə reaksiya bildirib.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir: "Cənubi Kipr adanın tək sahibi kimi davranmağa davam edir və əlaqədar bütün tərəfləri narahatlıq içində qoyur. Kiprdə müzakirələrin kritik mərhələyə çatdığı bir zamanda tender etmək qərarı Türkiyə tərəfinin adanın təbii qaynaqları üzərində bərabər hüquq və maraqlarını heçə saymaq deməkdir. Türkiyə xarici şirkətlərin Kiprin dəniz sahələrində icazəsiz karbohidrogen axtarışına heç bir şəkildə icazə verməyəcək. Buna görə tenderə girmək istəyən bütün ölkə və şirkətləri sağlam düşüncə ilə hərəkət etməyə çağırırıq".



Әlaqәli Xәbәrlәr