Ərdoğan xəbərdarlıq etdi, Avropa qulaqardına vurdu

Belçika Daxili İşlər naziri Yan Yambon və Ədalət naziri Koen Qins istefa verir

457698
Ərdoğan xəbərdarlıq etdi, Avropa qulaqardına vurdu

Belçikada çərşənbə axşamı günkü terror hücumlarıyla əlaqədar ölkənin Daxili İşlər naziri Yan Yambon və Ədalət naziri Koen Qins istefa verir. Amma nazirlərin istefa ərizələri Belçika Baş naziri Çarls Mişel tərəfindən qəbul edilməyib.

Adı keçən nazirlərə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən terrorçulardan birinin Türkiyədən deportasiya edildiyi xəbərdarlığı olunmuşdu.

İngiltərə mətbuatında yer alan xəbər və şərhlərdə Belçika hökuməti və təhlükəsizlik qüvvələrinin terrorla mübarizə qabiliyyəti sorğulanıb, terrorla mübarizə aparan kəşfiyyat və polis idarələri tənqid edilib.

“Financial Times" yazıb: "Ərdoğan Avropaya xəbərdarlıq etdi. Bu hadisə Belçika üçün böyük bir siyasi utancdır. Çünki Belçika hökuməti təcavüzkarları yaxşı təqib etməyib."

“The Independent" qəzeti də "Səhvlər faciəsi" başlığı altında olan yazısında bu fikirləri təsdiqləyib.

“The Times" qəzeti isə “Belçikalı səlahiyyətlilərin səhvləri bombaçıların təhlükəsizlik şəbəkəsindən qaçmasına icazə vermələridir. Türkiyə terrorçularla əlaqədar qorxutdu, avropalı həmkarlarıysa qulaqardına vurdu" deyə yazıb.



Әlaqәli Xәbәrlәr