ABŞ, Aİ və Türkiyə razılaşmasına liderlərin münasibəti

Avropa İttifaqı ilə Türkiyə arasında qaçqınlar böhranının həllinə dair əldə edilən razılaşma Aİ liderləri tərəfindən məmnuniyyətlə qarşılanıb.

453942
ABŞ, Aİ və Türkiyə razılaşmasına liderlərin münasibəti

Almaniya kansleri Anqela Merkel danışıqların müvəffəqiyyətlə nəticələnməsinin Avropaya miqrant axının qarşısını alacağını və məsələnin nizamlanmasında böyük rol oynayacağını bildirib, eyni zamanda, “Razılaşma həyata keçərkən bir çox problemlərin də yarana bilməsi labüddür" deyib.

Böyük Britaniyanın Baş naziri Devid Kemeron razılaşma ilə bağlı "Bu böhranda ilk dəfə doğru və tam şəkildə tətbiq olunacaq bir plan əldə etdik" söyləyib.

İtaliyanın Baş naziri Matteo Renzi isə "Uzun mübahisə və müzakirələrdən sonra çox çətinliklə razılığa gəlindi" deyə bildirib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından verilən açıqlamada razılaşmanın icrasının yaxından izlənəcəyi qeyd edilir.

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti də şərhində "ABŞ, Aİ və Türkiyə arasında əldə olunan razılaşmanı əhəmiyyətli bir addım olaraq qiymətləndirir. Suriyadan gələn 2,7 milyon qaçqının Türkiyə hökuməti tərəfindən yerləşdirilməsini çox böyük və müsbət hərəkət kimi dəyərləndiririk" yazır.



Әlaqәli Xәbәrlәr