Tuğba Həzərin toxunulmazlığının lǝğv edilmǝsinǝ dair hesabat TBMM-yə göndərilib

Xalqların Demokratik Partiyasından Van Millət vəkili Tuğba Həzərin toxunulmazlığının lǝğv edilmǝsinǝ dair hesabat Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

452537
Tuğba Həzərin toxunulmazlığının lǝğv edilmǝsinǝ dair hesabat TBMM-yə göndərilib

Xalqların Demokratik Partiyasından Van Millət vəkili Tuğba Hazerin toxunulmazlığının lǝğv edilmǝsinǝ dair hesabat Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

Qeyd edǝk ki, Həzər, Ankarada Fevralın 17-dǝ 29 nǝfǝrin həyatını itirdiyi, terror hücumunu tǝşkil edǝn terrorist Abdulbaki Somerin yas mǝclisindǝ iştirak edib.

Buna görǝ Van vilayayǝtinin baş prokurorluğunda "terror təşkilatını təbliğ etmək" vǝ "günahı və günahkarı dǝstǝklǝmǝk" maddǝsi ilǝ iddia qaldırılıb.

İşi hazırlayan prokurorluq şübhəlinin qanunla Konstitusiyanın 83-cü maddəsinə uyğun olaraq "toxunulmazlığının lǝgv edilmǝsini" tələb edib.

Ədliyyə Nazirliyi tərəfindən Baş nazirliyə göndərilən hesabat Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.



Әlaqәli Xәbәrlәr