Xain terror aktında hǝyatını itirǝnlǝrin sayı 34 nǝfǝrǝ çatıb

Ankaranın mǝrkǝzi hesab edilǝn Kızılayda törǝdilǝn xain terror hücumu nǝticǝsindǝ 34 nǝfǝr hǝyatını itirib. 19-u ağır olmaqla 125 nəfər yaralanıb.

450103
Xain terror  aktında  hǝyatını itirǝnlǝrin sayı 34 nǝfǝrǝ çatıb

Ölənlərdən bir və ya ikisinin komikadze olduğu qeyd edilir.

13 Martda yerli vaxta görǝ saat 18.45de Kızılay Güvenparkdakı avtobus dayanacaqlarının olduğu yerdǝ bomba yerlǝşdirilmiş avtomobillə törǝdilǝn Xain hücum nǝticǝsindǝ iki avtobus, çox sayda avtomobil yanıb. Ətrafdakı binaların şüşələri qırılıb. Hadisənin ardından çıxan yanğın qısa müddətdə söndürülüb. Hadisǝdǝn sonra piyada və avtomobil get-gǝlinǝ bağlanan bölgǝyǝ xeyli sayda təcili yardım və xilasetmə dǝstǝlǝri cǝlb olunub. Tǝdbirlǝr çǝrçivǝsindǝ Güvenpark metro dayanacağı da bağlanıb. Kızılay bölgəsində vertolyot ilə nəzarət uçuşları edilib. Partlayışda yaralananlar Ankaradakı xəstəxanalarda yerlǝşdirilib.



Әlaqәli Xәbәrlәr