“Terrora qarşı mübarizǝdǝ güzǝştǝ gedilmǝyǝcǝk”

Prezident Rəcəb Tayyib Ərdoğan, Ankaradakı partlayışla ǝlaqǝdar terror təşkilatının, təhlükəsizlik qüvvǝlǝri ilǝ apardığı mübarizədǝ zǝiflǝdikcǝ günahsız vǝtǝndaşları hədəfǝ almaqlarını "insanlığa sığmayan bir hücum olaraq qiymǝtlǝndirib.

450138
“Terrora qarşı mübarizǝdǝ güzǝştǝ gedilmǝyǝcǝk”

Prezident Ərdoğan, partlayışın ardınca verdiyi şərhdə, terrorla mübarizədə güzəştə getmǝyǝcǝklǝrini bildirib.

Terrorla mübarizənin mütləq müvəffəqiyyətlə nǝticǝlǝnǝcǝyini və terrorun mǝhv edilǝcǝyini vurğulayan Prezident Ərdoğan,

"Türkiyə, bölgədə yaşanan qeyri-sabitlik nəticəsində son illərdə terror hücumlarının hədəfi olmaqdadır. Terror təşkilatları və onlardan istifadǝ edǝnlǝr təhlükəsizlik güvvǝlǝri ilǝ apardıqları mübarizədǝ mǝğlub olduqca ən vicdansız yollara ǝl atdıqlarını, günahsız vətəndaşları hǝdǝfǝ aldıqlarını söylǝyib. Ölkəmizin bütövlüyünə, xalqımızın birlik və bərabərliyinə yönǝlǝn bu hücumlar, terrorla mübarizədǝ ǝzmimizi əsla azaltmayacaq, ǝksinǝ daha artıracaq.''deyǝ vurğulayıb.

Prezident Ərdoğan, dövlətinin vǝtǝndaşlarla birlikdǝ terrorla mübarizǝdǝ mütləq qalib gǝlǝcǝyini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman da, verdiiyi müsahibǝdǝ,

"Kədərimiz çox böyükdür, lakin keçmişdə bir çox əngəllǝrǝ sinǝ gǝrǝn dövlətimiz və millətimiz belə hücumlar qarşısında da, mətanət və ǝzimliliyk nümayiş etdirmǝyǝ" qadirdir söylǝyib.

Baş nazir Davudoğlu da, Ankaradakı hücumla bağlı verdiyi şərhdə, terrorla mübarizəni qətiyyətlə davam etdirǝcǝklǝrini vurğulayıb.

Avtobus gözləyən vətəndaşları hədəfǝ alan terroristləri "gözü dönmüş, insanlıq və vicdandan məhrum qatillər" olaraq adlandıran baş nazir, bunu Türkiyənin dinclik, birlik və demokratiyasına edilǝn bir hücum olaraq qiymǝtlǝndirib.

İqtisadiyyat naziri Mustafa Elitaş da, Ankaradakı partlayışın millətin və ölkənin bütövlüyünǝ edilǝn hücum olduğunu söyləyib..

Meşə və Su İşləri naziri Veysǝl Eroğlu da hücumu lənətləyərək;

"Ankaranın Kızılay meydanındakı terror hücumunda həyatını itirən insanlara Allahdan rəhmət, yaralılara şəfa dilədiyini." deyib.

Avropa Birliyi naziri Volkan Bozkır da, terror hücumunda həyatını itirǝnlǝrǝ Allahdan rəhmət, yaralılara şəfa dilǝdiyi söylǝyib.

CHP lideri Kamal Kılıçdaroğlu partlayışla əlaqədar fikrini belǝ bildirib: "Lənətlənməsi lazım olan bir terror hərəkətidir".

MHP-nın Başçısı Dövlət Baxçǝli də verdiyi şərhdə, "heç bir terror hücumunun Türkiyəni sarsıda bilmǝyǝcǝyini" deyib.



Әlaqәli Xәbәrlәr