Beynǝlxalq cǝmiyyǝt Ankaradakı xain terror hücumunu lǝnǝtlǝyib

Avropa Şurasının Baş katibi Thorbjørn Jagland, Ankaradakı xain hücum ilǝ bütün Avropanın hǝdǝf götürüldüyünü deyib vǝ Türkiyǝ xalqına başsağlığı verib

450107
Beynǝlxalq cǝmiyyǝt Ankaradakı xain terror hücumunu lǝnǝtlǝyib

Avropa Şurasının Baş katibi Thorbjørn Jagland, Ankaradakı xain hücum ilǝ bütün Avropanın hǝdǝf götürüldüyünü deyib vǝ Türkiyǝ xalqına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev, prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərib. Prezidǝnt Əliyev "Yaşanan faciə səbəbiylə, sizə, həyatını itirənlərin ailə və yaxınlarına, qardaş Türkiyǝ xalqına özüm və Azərbaycan xalqı adından başsağlığı verir, yaralılara şəfa diləyirəm” deyib.

Rusiya da xain terror hücumunu lǝnǝtlǝyib. Kremlin sözçüsü Dmitri Peskov, "Putin, Ankaradakı terror aktını lənətləyir, Türkiyǝ xalqının kǝdǝrini bölüşür” deyib.

Litva xarici işlər naziri Linas Linkevicius, rəsmi Twitter hesabında, “Ankarada daha bir qanlı terror hadisǝsi. Yenǝ terror bǝlası ilǝ qarşı-qarşıya olan müttǝfiqimizin yanında olmalıyıq” deyib.

İngiltərənin Ankara səfiri Richard Moore, xain hücumda yaxınlarını itirǝnlǝrǝ başsağlığı verir, yaralılara şǝfa arzulayıram deyib.

Beynǝlxalq cǝmiyyǝt Ankaradakı xain terror hücumunu lǝnǝtlǝyib

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlǝt katibliyinin sözcüsü John Kirby, Ankaradakı hücumu lǝnǝtlǝyib və terrora qarşı mübarizǝdǝ əməkdaşlığın zǝruriyǝtini vurğulayıb.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrǝ ali nümayǝndǝsi Federica Mogherini və Aİ Komissiyasının qonşuluq ǝlaqǝǝri üzrǝ komissarı Johannes Hahn, “Qlobal terror təhdidiylə mübarizə üçün beynəlxalq əməkdaşlığı güclǝndirmǝliyik” deyǝ hadisǝni lǝnǝtlǝyiblǝr.

NATO-nun baş katibi Jens Stoltenberg də terrora qarşı mübarizǝdǝ əməkdaşlığın vacib olduğunu qeyd edib.

Fransa, İspaniya, İtaliya və Yunanıstan da xain terror terror hücumunu lǝnǝtlǝyiblǝr.

Kosovo baş naziri İsa Mustafa, Baş nazir Əhməd Davutoğluna başsağlığı və dəstək mesajı göndǝrib.

Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz, prezident Ərdoğana verdiyi başsağlığı mesajında, qanlı hadisǝni qınadığını, terrorun qǝbul edilmǝz olduğunu bildirib.

Pakistan, Qətər, Küveyt və İordaniya də Ankaradakı xain terror hücumunu lǝnǝtlǝyǝn ölkǝlǝr arasında yer alıb.

Ankaradakı terror hücumunu lǝnǝtlǝyǝn İsrail Baş naziri Netanyahu isə beynəlxalq cəmiyyətə terrora qarşı ǝmǝkdaşlıq haqda çağırış edib.



Әlaqәli Xәbәrlәr