Türkiyə İraq xalqının ağrısını anlayır və həmdərd olur

Türkiyə İraqın paytaxtı Bağdadda terror təşkilatı DAEŞ (İŞİD) tərəfindən törədilən terror hücumlarını qınayıb.

441624
Türkiyə İraq xalqının ağrısını anlayır və həmdərd olur

Türkiyə İraqın paytaxtı Bağdadda terror təşkilatı DAEŞ (İŞİD) tərəfindən törədilən, 82 adamın ölümü və onlarla adamın yaralanması ilə nəticələnən terror hücumlarını qınayıb.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır: “Terror hücumlarını şiddətlə qınayırıq. Terrorun qaynağı və səbəbi nə olursa olsun qəbul edilmir. Ayrı-ayrı terror təşkilatlarının törətdiyi hadisələrdə çox sayda vətəndaşını itirən Türkiyə İraq xalqının ağrısını anlayır və həmdərd olur".

Şərhdə Türkiyənin terrora qarşı mübarizədə İraqın yanında olduğu da vurğulanıb.



Әlaqәli Xәbәrlәr