Siz yüksək zirvəsi şəhidlik olan mübarizənin qəhrəmanlarısınız

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyinatlı jandarm birliklərinin əməkdaşları ilə görüşündə söylədi.

434262
Siz yüksək zirvəsi şəhidlik olan mübarizənin qəhrəmanlarısınız

Türkiyədə terrorizmlə fəal mübarizə davam etdiyi bir zamanda ölkə başçısı Güvercinlikdəki Jandarm Xüsusi Asayiş Komandanlığına və Gölbaşı Polis Baş İdarəsi Xüsusi Təyinatlı Hərəkat İdarəsinə gəldi.

Prezident Kompleksindən vertolyotla Jandarm Hava Qrup Komandanlığına gələn Ərdoğanı Jandarm Baş Komandanı General Qalib Mendi, xüsusi təyinatlı jandarm birliklərinın Rəisi, General-polkovnik İbrahim Yaşar və Kışla Komandanı General-polkovnik Ata Kalkan qarşıladı.

Prezident Ərdoğan burada etdiyi çıxışında separatist terror təşkilatı ilə mübarizədə dəyanət və cəsurluq nümayiş etdirdiklərinə görə xüsusi təyinatlı jandarm birliklərini təbrik etdi.

"Dəstəyim və dualarımla hər zaman yanınızdayam "deyən prezident sözlərini belə davam etdirdi: "Həm terror təşkilatının hiylələrini puça çıxaran, həm də dövlətimizin bölgə xalqı və beynəlxalq ictimaiyyət qarşısında pis vəziyyətə düşməsinə imkan verməyən, təqdirə layiq bir mübarizə aparırsınız. Dövlətim və millətim adından hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirir, gözlərinizdən öpürəm. İnanıram ki, siz ən yüksək zirvəsi şəhidlik olan bir mübarizənin qəhrəmanlarısınız".



Әlaqәli Xәbәrlәr