Türkiyə - Almaniya birgə nazirlər kabineti iclası olacaq

Türkiyə və Almaniyanın birgə nazirlər kabineti iclası yanvarın 22-də Berlində keçiriləcək.

364661
Türkiyə - Almaniya birgə nazirlər kabineti iclası olacaq

Brüsseldəki "Həmfikir Ölkələr Toplantısı"nda 10 ölkənin liderləri ilə görüşən Baş Nazir Əhməd Davudoğlu toplantıdan razı qalıb.

Toplantıda  Aİ-Türkiyə əlaqələri başda olmaqla Suriya böhranı, qaçqın problemi və köçkünlərə yardım kimi məsələlər müzakirə edildi.

Almaniya Baş Naziri Angela Merkel ilə birgə nazirlər kabineti iclasının keçirilməsi qərarını verdiklərini qeyd edən Davudoğlu Avropa Birliyi ölkələrinin Türkiyə hökumətinə olan dəstəyinə diqqət çəkdi.

Davudoğlu: "Bütün liderlər Türkiyəyə yeni hökumətlə aldığımız təşəbbüslər mövzusunda son dərəcə güclü ifadələrlə dəstək verdilər. Ümid edirik ki, proses bu tempdə davam edər" dedi.

Davudoğlu qaçqın böhranı ilə əlaqədar müzakirələrin bundan sonra da davam edəcəyini söylədi.

Yunanıstan Baş Naziri Alexis Çipras ilə görüşündən bəhs edən  Davudoğlu: "Fevral ayının ilk yarısında Türkiyə-Yunanıstan arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını İzmirdə keçirməyə qərar verdik. Çiprasla fevralın 18-də keçiriləcək Aİ Şurasının İclası ərəfəsində yenidən bir araya gələcəyik. Razı qaldığımız bir məqam da Türkiyə-Bolqarıstan-Yunanıstan üçlü zirvə görüşlərini başlamağımız oldu. Bu yalnız miqrasiya məsələsi ilə bağlı deyil. Meriç çayındakı daşqınlar, birgə iqtisadi layihələr, sürətli qatar layihəsi kimi məsələləri də müzakirə edəcəyik" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr