Türkiyə-Avropa İttifaqı əlaqəsində yeni bir mərhələ yaranır
Avropa İttifaqına Üzvlərin Qəbul Edilməsilə bağlı məsul üzv Cohanes Han (Johannes Hahn) Türkiyə ilə yeni bir mərhələyə başlamaq istədiklərini söyləyib:
367233
![Türkiyə-Avropa İttifaqı əlaqəsində yeni bir mərhələ yaranır](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/4334933634ohannesahn.jpg?time=1718480580)
"Ankara ilə durmuş olan Aİ üzvlük müzakirələrinə yenidən başlamağı təklif edəcəyəm”.
İngiltərənin “Reuters” agentliyinə müsahibə verən Han Türkiyə-Avropa İttifaqı əlaqəsində yeni bir mərhələ yaralandığına işarə edərək bunun yeni ilin əvvəlində olacaq iclasda təsdiq edilə biləcəyini soyləyib.
Xatırladaq ki, böyük bir immiqrant kütləsilə qarşı-qarşıya olan Avropa İttifaqı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı liderləriylə görüşünü təşkil etmişdi. Hətta Türkiyəyə immiqrantları öz torpaqlarında saxlamaq qarşılığında 3 milyard avro (3.2 milyard dollar) maliyyə yardımı edəcəklərini, üzvlük müzakirələrinə yenidən başlanılacağını və Türkiyə vətəndaşları üçün sərbəst viza işlərinin tezləşdirilməsi təkliflərinə də baxılmışdı.