Ərdoğan Davudoğluna hökuməti qurmaq tapşırığını verdi

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 64-ci hökuməti qurmaq vəzifəsini AK Partiyanın Sədri və Konya Millət Vəkili Əhməd Davudoğluna verdi.

418384
Ərdoğan Davudoğluna hökuməti qurmaq tapşırığını verdi

Prezident Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) andiçmə mərasimindən sonra Prezident Sarayında Baş Nazir Əhməd Davudoğlunu qəbul etdi.

Görüşdən sonra Ərdoğan Davudoğluna hökuməti qurma vəzifəsini verdi.

Davudoğlunun hökumətqurma vəzifəsini qəbul etdikdən sonra yeni yaradacağı hökumətin üzvlərini Ərdoğanın təsdiqinə təqdim etməsi üçün 45 gün müddəti var.

Ancaq Davudoğlunun bu gün yeni Nazirlər Kabinetini açıqlaması gözlənilir.

Prezident Ərdoğan hökuməti təsdiq etdikdən sonra Nazirlər Kabinetinin proqramı oxunacaq.

Proqramın oxunduğundan 2 tam gün keçdikdən sonra görüşlər olacaq. Bundan bir gün sonra isə etimad səsverməsi keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr