G20 sammiti başa çatıb

Türkiyə dövlət başçısı toplantıda nitq söyləyib.

417896
G20 sammiti başa çatıb

Türkiyə dövlət başçısı toplantıda nitq söyləyib.
Rəcəp Tayyib Ərdoğan “Terrorun dini, milliyyəti, irqi, bölgəsi yoxdur. Terrorizmi hər hansı bir dinlə qarışdırmaq insanlara qarşı təhqir və hörmətsizlikdir. Bütün dinlər üçün həyat haqqı müqəddəsdir” deyə vurğulayıb.
Suriya ilə bağlı beynəlxalq ictimaiyyətin birgə əməkdaşlığı və bu yükün bərabər bölüşülmǝsinin lazım olduğunu bildirən Ərdoğan, Antalya G 20 sammitinin ən vacib nəticəsinin “G20 ölkələrinin terrorizmlə mübarizə məsələsində güclü bir iradə ortaya qoyması” olduğunu söyləyib.
Bəşər Əsədin Suriyanın gələcəyində yeri olmadığını vurğulayan dövlət başçısı “G 20 liderləri olaraq terror qrupları ilə ayrı-seçkilik güdmədən mübarizə mövzusunda eyni fikirdə olduğumuzu gördük. Suriyada hər kəsin qəbul edəcəyi çıxış yolu ilə qaçqın problemi həll oluna bilməz. Ev sahibi ölkə olaraq prioritetlərimiz 3 əsas istiqamətdədir. İqtisadçılarımızın həqiqi və potensial inkişafını yüksəltmək, sabitliyi təmin etmək və digər məsələlərlə bağlı son dərəcə qərarlıyıq” deyib.
Dövlət başçısı Ərdoğan “terror hadisələri ilə qaçqınlar arasında əlaqə qurulmasını, insanlıq məsuliyyətindən qaçma səyləri olaraq görürük. Həm terrorizmlə, həm də qaçqın böhranının həlli yollarını birgə axtarmalıyıq. Bu iki problemi bir-birinə qarışdırmaq olmaz” deyə qeyd edib.
Məlumatda terrorizmin beynəlxalq sülh və təhlükəsizliklə üz-üzə qoyduğu və qlobal iqtisadiyyatı gücləndirmək səylərinǝ zǝrǝr verdiyi bildirilib. Məlumatda eyni zamanda 2018-ci ilədək ortaq ümumdaxili məhsul hasilatının artırılması qeyd olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr