"Mən bir ana kimi deyirəm…" Əminə Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan: “Bir ana olaraq uşaqların dənizlərdə boğulmasına, tikanlı məftilləri keçməyə çalışarkən həyatlarını itirmələrilə razılaşa bilmirəm” deyib.

417407
"Mən bir ana kimi deyirəm…" Əminə Ərdoğan

   G 20 Sammiti çərçivəsində W 20 qadın qrupu toplantısında çıxış edən Əminə Ərdoğan bunları da deyib ki: “İnkişafın təməl ölçüsünü təkcə iqtisadi böyümə ilə məhdudlaşdırmaq qəbul edilən deyil. Hərtərəfli ölkə olmanın təməl şərti insanlıq dəyərlərini yerə salmamaqdır. Bu baxımdan beynəlxalq cəmiyyətləri immiqrantlar məsələsində daha etik olmağa dəvət edirəm. Liderlər, yoldaşları, iş dünyası, vətəndaş cəmiyyəti və media patronlarını bu mövzuda səfərbərliyə çağırıram. Din, dil, irq ayrı-seçkiliyi etmədən insanlığın gələcəyini təhdid edən hər cür zülmə birlikdə “dur” deyək. Qadınları və uşaqları dini, məzhəbi və etnik mübarizələrə qurban verməyək".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr