Mehmet Şimşək Han Çjen ilə görüşüb

Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin ikinci iclası üçün Pekində olan Şimşək buradaki görüşlərini davam etdirir

2208187
Mehmet Şimşək Han Çjen ilə görüşüb

 

   Türkiyenin Xəzinə və maliyyə naziri Mehmet Şimşək Çin prezidentinin köməkçisi Han Çjen ilə görüşüb. Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin ikinci iclası üçün Pekində olan Şimşək buradaki görüşlərini davam etdirir. Pekindəki Böyük Xalq Salonunda keçirilən qəbulda Rəcəb Tayyib Ərdoğan və Si Cinpinin ortaq iradəsi çərçivəsində iki ölkə arasındakı əlaqələri irəlilətdiklərini bildirib.

   Han Çjen də iki ölkə liderinin iradəsi əsasında son illərdə əlaqələrdə əhəmiyyətli bir dinamika əldə edildiyini və bu baxımdan Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin ikinci iclasının Pekində keçirilməsini vacib hesab etdiklərini qeyd edib. O, Çin tərəfinin Türkiyə ilə qarşılıqlı siyasi etimadı daha da möhkəmləndirmək istədiyini vurğulayaraq hər iki ölkənin əsas maraqların qorunması, inkişaf strategiyalarının uyğunlaşdırılması və beynəlxalq, regional məsələlərdə koordinasiyanın gücləndirilməsi istiqamətində birgə işləməyə hazır olduğunu bildirib.

   Görüşdə tərəflər ticarət, investisiyalar, nəqliyyat və rabitə infrastrukturu, enerji, kənd təsərrüfatı və turizm kimi əməkdaşlıq sahələri ilə yanaşı digər ikitərəfli məsələləri müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr