Türkiyədən Yunanıstana keçmək istəyən 363 əcnəbi yaxalandı
Türkiyənin Çanaqqala şəhərinin Ayvacıq qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Lesbos adasına getməyə çalışan 363 əcnəbi əsilli vətəndaş yaxalandı.
411168
Sahil Təhlükəsizlik Komandanlığı briqadaları üç bölgədə ayrı-ayrı vaxtlarda 8 əməliyyat keçirdi.
Əməliyyatlarda aralarında qadın və uşaqların da olduğu 363 Əfqanıstan və Suriya əsilli vətəndaşlar yaxalanaraq Küçükkuyu qəsəbəsindəki sahilə gətirildi.
Əcnəbi əsillilər Ayvacıqdakı Əcnəbiləri Geri Göndərmə Mərkəzinə göndərildilər.