Həsən Ruhani Ərdoğanı təbrik etdi

İran Prezidenti Həsən Ruhani noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkiləri münasibətilə Türkiyənin Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

409591
Həsən Ruhani Ərdoğanı təbrik etdi

Ruhani hökumətə aid bir internet saytında Prezident Ərdoğana ünvanladığı məktubda  seçkilərin müvəffəqiyyətlə həyata keçirilməsi münasibətilə Ərdoğanı, Türkiyə hökumətini və millətini təbrik etdiyini bildirdi.

Türkiyə xalqının daha güclü bir hökumət qurulması uğrunda seçkiyə yüksək səviyyədə iştirak etməsinin bu millətin işıqlı gələcəyə olan əzmini ortaya qoyduğunu ifadə edən Ruhani belə davam etdi: " Buna əsasən, iki qonşu ölkə arasında münasibətlərin daha da möhkəmlənib, inkişaf etməsinə ümid edirəm. Cənabı Allahdan Zati-alilərinizə möhkəm cansağlığı və müvəffəqiyyət, qardaş və qonşu Türkiyə xalqına uğurlar arzulayıram".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr