Misirdə həbs olunan türklər Vətənə döndülər

Misirdə bir illik həbsdən sonra bəraət edən 8 Türk Vətənə döndü.

408727
Misirdə həbs olunan türklər Vətənə döndülər

Misirdə keçən il işlədikləri yaxtada "bəyan edilməmiş ov tüfəngi patronu" olması iddiası ilə həbs olunaraq Port Said Həbsxanasında saxlanılan 8 Türk vətəndaşı məhkəmənin verdiyi` bəraət qərarından sonra azadlığa buraxıldı.

Yaxtanın kapitanı Mehmet Cəvahir Açıkalın, yaxtanın işçisi Aydın Qaraca, Muammer Aygel, Rəcəb Dursun, Yunus Atalay, Giray Terzi, Ümid Tarım və Ayberq Mutlu THY-nin TK 695 nömrəli reysi ilə Qahirədən İstanbul Atatürk Hava Limanına gəldilər.

8 Türk vətəndaşı hava limanında polisə ifadə verdikdən sonra ölkəyə giriş etdilər.

Türkiyədən sifariş edilən yaxtanı Avstraliyaya aparmaq üçün yola çıxan kapitan və 7 şəxsi heyət üzvü 2014-cü ilin oktyabrında Misir sahillərinə nəzarət edən sahil təhlükəsizlik əməkdaşları tərəfindən "bəyan edilməmiş patron" olması iddiası ilə saxlanılaraq həbs olunmuşdu.

8 Türk haqqında hər biri üçün 15 il həbs cəzası tələbi ilə cinayət işi açılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr