Türkiyədə Koordinasiya Mərkəzi yaradıldı

Türkiyə daxilində elektrik ötürücü xətlərində baş verə biləcək qəzalara qarşı parlament seçkiləri ərzində 21 elektrik paylama şirkəti görüntülü və səsli olaraq operativ əlaqələrlə koordinasiya olunacaq.

406271
Türkiyədə Koordinasiya Mərkəzi yaradıldı

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sabah keçiriləcək parlament seçkiləri zamanı Türkiyə daxilində elektrik ötürücü xətlərində baş verə biləcək qəzalara qarşı yaradılacaq Koordinasiya Mərkəzi TEİAŞ Gölbaşı Milli Yük Paylaşdırma Əməliyyat Müəssisəsində fəaliyyət göstərəcək. Koordinasiyaya Enerji və Təbii Ehtiyatlar Naziri Əli Rza Alaboyun nəzarət edəcək.

Nazir ictimaiyyəti məlumatlandırmaq məqsədilə saat 13.00 və 18.00-da mətbuat konfransı keçirəcək. Mətbuat və yayım qurumlarının müxbirləri koordinasiya mərkəzində rahat işləməsi üçün lazım olan bütün imkanlarla təmin olunacaqlar. Milli və yerli televiziyaların canlı yayımları üçün təyin olunan tezliklər, loqosuz və parolsuz olaraq istifadəyə verəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr