"TRT-də əlillər üçün də xüsusi proqramlar var", İ.Eren

TRT-nin ev sahibliyi keçən Asiya və Sakit Okean Ölkələri Yayım Birliyinin (EBU) 52-ci Baş Assambleyası sona çatdı.

406040
"TRT-də əlillər üçün də xüsusi proqramlar var", İ.Eren

  Məqsədi region ölkələri arasında yayım əməkdaşlığı olan Birliyin builki Baş Assambleyası TRT-nin ev sahibliyi ilə İstanbulda keçirildi. Bir həftə davam edən yığıncaqların gündəmində medianın aktual problemləri yer alırdı.

  Türkiyə tərəfdən TRT-nin də aktiv üzv olduğu Asya və Sakit Okean Ölkələri Yayım Birliyinin 3,5 milyardı keçən tamaşaçısı var.

  Yığıncaqların birində çıxış edən TRT Baş direktorunun müavini İbrahim Eren TRT-nin əlillər üçün etdiyi də xüsusi yayımlarına toxunub:

  "TRT ictimai teleradio çərçivəsində hərəkət edir. Bu sıradan əlillər üçün də xüsusi proqramlar hazırlayırıq. Məsələn, eşitmə və görmə problemi olan insanlar üçün hazırladığımız serial, xəbər və sənədli filmlərdən ibarət xüsusi internet saytımız var. Bu sayt ayda orta hesabla 200 min adam tərəfindən və çox böyük maraqla izlənilir."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr