Türkiyə  zəlzələdən zərər çəkənlərə yardım etməyə hazırdır

Türkiyənin Əfqanıstanda olmuş zəlzələdən zərərçəkənlərə yardım etməyə hazır olduğunu bildirildi.

359446
Türkiyə  zəlzələdən zərər çəkənlərə yardım etməyə hazırdır

Türkiyənin Kabil Səfiri Əli Səid Akın, Anadolu Xəbər Agentliyinin müxbirinə verdiyi açıqlamada Əfqan rəsmilərindən vəziyyətin necə olduğu və təcili ehtiyacların nələrdən ibarət olduğu barədə məlumat istədiklərini və onlara Türkiyənin yardıma hazır olduğunu bildirdiyini dedi.

Türkiyənin Xarici işlər Naziri Firidun Sinirlioğlunun Əfqanıstan Xarici İşlər Naziri Salahuddin Rəbbaniyə zəng edərək kədərləndiyini və Türkiyənin hər cür yardıma hazır olduğunu bildirdiyini deyən Akın AFAD, Qızılay və TİKA kimi qurumların da lazımi hazırlıqları etdiyini söylədi.

Akın Əfqanıstanda yaşayan Türk vətəndaşlarının zərər görmədiyi barədə də məlumat verdi.

Digər tərəfdən, Bazar Ertəsi günü Əfqanıstanın şimal-şərqində baş verən və bir çox Cənubi Asiya ölkəsində hiss edilən 7,5 bal gücündəki zəlzələnin qurbanları artır.

Əfqanıstan Prezident Sarayından (ARG) zəlzələ nəticəsində ölkə daxilində həyatını itirənlərin sayının bu ana qədər 115-ə çatdığı, yaralı sayının isə 538 olduğu bildirildi.

Açıqlamada: "Ölkə daxilində 9 vilayətdə 7 mindən çox ev, 12 məktəb, 17 məscid və 20 ictimai bina dağılıb" deyilir.

Əfqanıstan rəsmiləri dağıntıların altından çıxaranlarla birlikdə ölü və yaralı sayının artacağını qeyd edirlər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr