Türkiyədə terrorla mübarizə davam edir

Türkiyədə, Tunceli Ovacıqda davam edən əməliyyatlarda Separatçı Terror Təşkilatının üzvü olan 3 nəfər sursatları ilə birlikdə ölü olaraq ələ keçirildi.

357831
Türkiyədə terrorla mübarizə davam edir

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumatda: "Tunceli Ovacıq bölgəsində həyata keçirilən əməliyyatda separatçı terror təşkilatı üzvü olan üç terrorçunun silah və sursatları ilə birlikdə ölü olaraq ələ keçirildiyi" bildirildi

Bununla bərabər, Muş Bulanıqda altı, Şırnak Silopidə iki olmaqla, cəmi səkkiz PKK terrorçusu və Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan DEAŞ terror təşkilatının üzvü olan 2 terrorçu təhlükəsizlik qüvvələri tərəfindən yaxalandı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr