Davudoğlu jurnalistlərlə görüşdü

Türkiyənin Baş Naziri Ahməd Davudoğlu ABŞ rəhbərliyinin terror təşkilatı PYD-yə silah yardımına qarşı sərt reaksiya göstərərək, bu silahların Türkiyəyə istiqamətləndiriləcəyi təqdirdə PYD-nin də vurulacağını söylədi.

392128
Davudoğlu jurnalistlərlə görüşdü

Türkiyənin Baş naziri Əhməd Davudoğlu, PYD-yə edilən silah yardımının Türkiyəyə qarşı istifadə olunması halında müdaxilə ediləcəyini dedi.

Baş nazir qəzetlərin Ankara müxbirləri ilə bir araya gəldiyi toplantıda gündəmə dair əhəmiyyətli açıqlamalar verdi.
Davudoğlu PKK-nın PYD vasitəsilə ABŞ-dan Stinger raketi istədiyi və ABŞ-ın PYD-yə silah və sursat yardımı etdiyi barədə iddialar ilə əlaqədar olaraq PYD-yə və PKK-ya edilən yardımın Türkiyəyə qarşı edilmiş sayılacağını vurğuladı.
Baş nazir davam edərək: “PYD-yə verilən yardımdan İraqda istifadə olunduğunu, Türkiyəyə girdiyini təsbit etsək, PKK-ya tətbiq etdiklərimizi PYD-yə də edər, onu məhv edərik. Heç kim bizdən mərhəmət gözləməsin. Türkiyənin içinə soxulub, hərbiyə, polisə zərər vermək olmaz. Bunu həm ABŞ-a, həm də Rusiyaya çatdırdıq. Bu, milli təhlükəsizlik məsələsidir. Məsələyə münasibətimizi 23 İyul gecəsi DEAŞ və PKK mövqelərinə qarşı keçirdiyimiz əməliyyatlarla da göstərdik" dedi.
Baş nazir Davudoğlu PKK-nın fəaliyyətsizlik açıqlaması haqqında isə :"Ancaq silahların buraxılması ilə əlaqədar danışıqlar aparıla bilər" dedi.
Ankaradakı terror hücumuna toxunan Baş Nazir, cinayətkarların axtarışı ilə əlaqədar işlərin davam etdiyini, təşkilatlararası əməkdaşlığın araşdırıldığını dedi.

Davudoğlu təcavüzün günahkarlarının naməlum qalmayacağını, bu qətliamı törədənlərin tapılacağını bildirdi.

Hücumun Türkiyəyə qarşı olduğunu vurğulayan Baş Nazir, "Bu hücum Türkiyə xalqına və demokratiyaya olan hücumdur" dedi.

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr