Ankarada qatar stansiyasında partlayış: ölən və yaralananlar var

Qatar stansiyasının yerləşdiyi bölgədə 2 böyük partlayış olub, 20 nəfərə yaxın adam ölüb, 100-ü yaralanıb.

390865
Ankarada qatar stansiyasında partlayış: ölən və yaralananlar var

  Partlayışın olduğu hissəyə təcili yardım və xilasetmə maşınları gəlib. Yaralılar Numune, İbn-i Sina və çevrəsindəki xəstəxanalara yerləşdirib.

  Ankara Sıhhiye meydanında bu gün "Döyüşə inad, sülhə hər an: Barış, Əmək, Demokratiya" başlığı altında toplantı və nümayiş olacaqdı. Mitinqin toplanma yeri qatar stansiyası təyin edilmişdi.

  Bölgədə canlı bombanın patladıldığı deyilir. Hadisə şahidlərinin bildirdiyinə görə, adı çəkilən yerdə 2 partlayış baş verib.

  Tarixi qatar stansiyasına da zərər dəyib.

   Baş nazir Əhməd Davudoğlu hadisə ilə bağlı Daxili İşlər naziri Selami Altınok və Səhiyyə naziri Mehmet Müezzinoğlundan məlumat alıb. 

  Baş nazir saat 12.00-da rəsmi mənzilində təhlükəsizlik tədbirlərilə bağlı iclas edəcək. Fövqəladə iclasda Baş nazir yardımçısı Yalçın Akdoğan, Daxili İşlər və Səhiyyə Nazirliyi səlahiyyətliləri, MİT müşaviri Hakan Fidan, Təhlükəsizlik İdarəsinin müdiri Celalettin Lekesiz və Ankara valisi Mehmet Kılıçlar olacaq.

  CHP lideri Kamal Kılıçdaroğlu da partlayışla bağlı bütün proqramlarını ləğv edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr