PKK yenə iri həcmli silahlarla hücum edib

Şırnakda PKK terrorçuları patrul vəzifəsini icra edən zirehli polis maşınlarına iri həcmli silahlarla hücum ediblər.

389455
PKK yenə iri həcmli silahlarla hücum edib

Təhlükəsizlik qüvvələrinin cavab atəşi açması ilə terrorçular ara küçələrə qaçıb. Əldə edilən məlumata görə hücum nəticəsində ölən və ya yaralanan olmayıb. Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb. Diyarbəkirin Silvan rayonunda isə yol kəsərək yoxlama aparan PKK-lı terrorçular kənd mühafizəçilərini daşıyan mikroavtobusu dayandırmaq istəyib. Hadisə nəticəsində baş verən qarşıdurmada bir mühafizəçi yaralanıb.

  Qeyd edək ki, qaçan terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr