Hatayda suriyalı qaçqın məktəblilərə UNİCEF-dən yardım

Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu- UNİCEF Hatay Vilayətinin Reyhanlı qəsəbəsində təhsil alan 10 min suriyalı uşağı dəftərxana ləvazimatları ilə təchiz etdi.

350770
Hatayda suriyalı qaçqın məktəblilərə UNİCEF-dən yardım

Ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq ailələri ilə birgə Reyhanlı qəsəbəsinə köçən və burada onlar üçün açılan 17 məktəbdə təhsil alan suriyalı uşaqlara dəftərxana ləvəzimatları UNİCEF nümayəndələri tərəfindən paylandı.

Bununla bərabər, qəsəbədə suriyalıların təhsil aldığı 17 məktəb 35 kompüter və 17 printer ilə təmin olundu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr