Davudoğlu Rusiyanın Suriya ilə bağlı mövqeyini tənqid etdi

"Rusiyanın Suriyaya müdaxiləsi rejimi saxlamaq məqsədi güdür və bu, düzgün mövqe deyil".

386524
Davudoğlu Rusiyanın Suriya ilə bağlı mövqeyini tənqid etdi

Bunu Türkiyənin Baş Naziri Əhməd Davudoğlu Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 70-inci sessiyasından dönərkən təyyarədə jurnalistlərə verdiyi açıqlama zamanı söylədi.

Baş nazir Davutoğlu "Ruslar məhz DEAŞ-ın istədiyi hədəfləri vurublar" dedi.

Rusiyanın ilk günkü müdaxiləsinin kədərləndirici olduğunu qeyd edən Davudoğlu: "Ruslar  mülayim müxalif qruplaşma olan Azad Suriya Ordusu mövqelərini hədəf almışlar. Bu açıq şəkildə dağılmaqda olan Suriya rejiminə dəstək deməkdir" deyə danışdı.

Baş nazir: " Türkiyə də lazım bildiyində PYD-ni vura bilərmi"? sualına da belə cavab verdi: "İraqdan olduğu kimi Suriyadan də Türkiyə sərhədinə bir sızma olsa, lazım olanı edərik.  Türkiyənin milli təhlükəsizliyini təhdid etmək fikrinə düşənlər lazımi cavabı alırlar. Türkiyə onsuz da DEAŞ ilə müharibədə lazımlı cavabı vermişdir".

Davutoğlu son dövrdə kəskinləşən qaçqın böhranının Avropa dövlətlərini Türkiyənin 3 ildir dilə gətirdiyi təhlükəsiz bölgə həllinə yaxınlaşdırdığını, xüsusilə, Fransanın bu məsələdə artıq Türkiyə ilə eyni fikirdə olduğunu bildirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr