Tətiyi çəkən heç bir PKK terrorçusu cavabsız qalmır

Siirtin Şirvan qəsəbəsi Ormanbağı Jandarm məntəqəsinə bir qrup terrorçu roketatıcı və uzun lüləli silahlarla hücum edib.

390291
Tətiyi çəkən heç bir PKK terrorçusu cavabsız qalmır

  Hücumda can itkisi olmayıb.

  Qaçan terrorçuların tutulması üçün əməliyyatlar başlanılıb.

  Siirtin Şirvan qəsəbəsində terror təşkilatı PKK-dan qaçan 1, Ağrının Diyadin qəsəbəsində isə 2 terrorçu təhlükəsizlik güclərinə təslim olub.

  Tuncelidə də yol kəsən bir qrup PKK terrorçusu sürücü zabiti qaçırıb. Onu qaçıran terrorçuların tutulması üçün bölgədə əməliyyata başlanılıb.

  Qeyd edək ki, dünənki əməliyyat nəticəsində 16 sentyabrda Muşun Bulanık qəsəbəsində ədliyyə lojmanlarına səs bombalı hücum təşkil edən 2 fəal tutulub. Eyni zamanda, Şırnak çölündə terror təşkilatı PKK tərəfindən döşənilən əl istehsalı partlayıcı da təhlükəsizlik gücləri tərəfindən məhv edilib. Mardinin 5 qəsəbəsinin 21 yerində, Hakkarinin Yüksekova və Şəmdinli qəsəbələrinin bəzi sahələri xüsusi təhlükəsizlik bölgəsi elan olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr