Polis məmuru Nurettin Ademoğlu şəhid olub

Şəhid Kahramanmaraşda torpağa tapşırılacaq

389834
Polis məmuru Nurettin Ademoğlu şəhid olub

Avqust ayının 10-u Şırnakda terroristlərin xain hücumu nəticəsində ağır yaralanan polis məmuru Nurettin Ademoğlu, müalicə aldığı Gülhane Hərbi Tibb Akademiyasında (GATA) şəhid olub.
Xatırladaq ki, Terror təşkilatının Avqustun 10-da yola döşədiyi minanın partlaması nəticəsində 4 polis şəhid olub, 1-i yaralanmışdı.
Şəhid polis məmuru Kahramanmaraşın Pazarcık bölgəsində torpağa tapşırılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr