Hakkari və Mardində terror aktları

Hakkari və Mardində törədilən terror aktları nəticəsində 5 polis şəhid olub, 3-ü yaralanıb.

388224
Hakkari və Mardində terror aktları

Hakkari-Van avtomobil yolunda terrorçular tərəfindən yola döşənən əl istehsalı partlayıcısı zirehli polis maşını keçən zamanı partladılıb.
Nəticədə maşında olan polis məmurlarından 2-si şəhid olub, 2-si isə yaralanıb.
Mardin Nusaybin qəsəbəsində də terrorçuların yola döşədiyi əl istehsalı partlayıcısı zirehli polis maşını keçərkən partladılıb.
Hücum zamanı maşında olan bir komissar və polislərdən 2-si şəhid olub, 1-i isə yaralanıb.
Yaralı polislər müalicə olunurlar.
Terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başladılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr