Davudoğlu ictimai asayişin qorunması barədə göstəriş verdi

Türkiyədə baş verən son terror hücumlarından sonra ölkə daxilində etirazlar keçirilir.

376665
Davudoğlu ictimai asayişin qorunması barədə göstəriş verdi

Etirazlarda bəzən zorakılıq hallarının baş verməsi səbəbindən Türkiyə Baş Naziri Əhməd Davudoğlu rəsmilərə ictimai asayişin qorunması və mətbuat orqanları ilə əlaqədar dərhal lazımi tədbirlərin görülməsi barədə təlimat verdi.

Baş nazir sosial media üzərindən də hər kəsi sağlam düşüncəyə dəvət etdi.

Vandakı şəhidin yas mərasiminə qatıldığını xatırladan Davudoğlu qardaşlığa vurğu edərək: "Terrorun məqsədi bizim bu sarsılmaz qardaşlıq bağlarımıza zərər vurmaq, qardaşlar arasına nifaq salmaqdır" dedi.

Baş nazir terror etirazlarının zorakılıq aksiyalarına çevrilməsi ilə əlaqədar : "Başda mətbuat orqanları olmaqla, siyasi partiya mərkəzləri və vətəndaşlarımızın mülkiyyətlərinə zərər vermək yolverilməzdir" ifadələrindən istifadə etdi.

“Heç kim özünü qanunun yerinə qoymamalıdır" deyən Baş Nazir: "Terrorun cəzasını hüquq çərçivəsində təhlükəsizlik qüvvələrimiz və məhkəmə verəcək" dedi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr