Türkiyə Kobani xalqına yardımlarını davam etdirir

Prezident Rəcəb Tayyib Ərdoğan Birlik Vəqfinin Ankara şöbəsinin iftar yeməyində iştirak edib.

322632
Türkiyə Kobani xalqına yardımlarını davam etdirir

Mərasimdə çıxış edən dövlət başçısı Orta Şərqdə yaşanan problemlərə məzhəb pəncərəsindən baxmadıqlarını söyləyib.
Ərdoğan Suriyanın Kobani qəsəbəsində DEAŞ-ın törətdiyi terror hücumlarına toxunaraq mübarək Ramazan ayında günahsız vətəndaşları hədəfə alanların İslam ilə heç bir ortaq tərəflərinin ola bilməyəcəyini deyib.
"Türkiyə terrordan və terror təşkilatlarından çox çəkmiş bir ölkədir. Suriyadakı hadisələrə heç bir zaman etnik, məzhəb pəncərəsindən baxmadıq, bu gün də baxmırıq" deyə bildirən dövlət başçısı Türkiyənin dünyadakı bütün məzlumlara sahib çıxdığını, Çində təzyiqlərə məruz qalan uyğur türklərinin problemlərinin həllində də rol oynadıqlarını vurğulayıb. Ərdoğan uyğur türklərinin yaşadığı bölgələri ziyarət etdiyini və vətənlərin ayrı düşən minlərlə uyğur türkünü vətəndaşlığa qəbul etdiklərini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr