"Türkiyə suriyalı qaçqınlar mövzusunda yalnız buraxılmamalıdır"

Feltman Türkiyəni yalnız buraxmanın ədalətli olmadığını söyləyib.

318935
"Türkiyə suriyalı qaçqınlar mövzusunda yalnız buraxılmamalıdır"

BMT Baş katibinin siyasi işlər üzrə müavini Jeffrey Feltman, suriyalı qaçqınlar mövzusunda Türkiyəni yalnız buraxmanın ədalətli olmadığını söyləyib.

Feltman, BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı verdiyi brifinq, Tel Abyadda DEAŞ ilə digər qruplar arasındakı qarşıdurmalar səbəbiylə Türkiyəyə yeni bir sığınacaq axtaran şəxslər axını reallaşdığını ifadə edib.

Qarşıdurmalar səbəbindən təxminən 25 min suriyalının Türkiyəyə sığındığını vurğulayan Feltman, bunların 2 mininin daha sonra Suriyaya geri döndüklərini bildirib.

Türkiyənin qaçqınlar mövzusunda beynəlxalq cəmiyyət tərəfindən yalnız buraxılmasının doğru olmadığını dilə gətirən Feltman, "Türkiyənin suriyalı qaçqınlar mövzusuyla tək başına mübarizə etməyə davam etməsini gözləmək nə ədalətli, nə də mümkündür" deyib.

Feltman, bölgədə Türkmen və Ərəblərin zorla yerlərindən edildikləri iddiaları üzərinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin araşdırma başlatdığını ifadə edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr