Rəcəb Tayyib Ərdoğan Putin ilə görüşü barədə danışıb

Görüş zamanı əsasən Türkiyə ilə Rusiya arasındakı əlaqələr müzakirə olunub

303413
Rəcəb Tayyib Ərdoğan Putin ilə görüşü barədə danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycandan dönərkən jurnalistlərlə etdiyi söhbətdə Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşməsinin detallarından danışıb.
Əsasən Türkiyə ilə Rusiya arasındakı əlaqələri müzakirə etdiklərini vurğulayan Ərdoğan, 1915-ci il hadisələri barədə danışdıqlarını da bildirib.
Prezident Putin ilə görüşündə Suriya məsələsinin də gündəmə gəldiyini vurğulayıb.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin Suriyanın Türkiyə sərhədinə yaxın bölgələrin bombaladığına da toxunan Ərdoğan, xüsusilə Tel Abyad bölgəsində ərəblər və türkmənlərin hədəf alındığını, 15 min nəfərinc Türkiyə tərəfinə keçdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr