Çavuşoğlu və Zərif görüşüblər

İslam Əməkdaşlıq Təşkilatının 42-ci Xarici İşlər Nazirləri Toplantısı Küveytdə olub. Burada Xarici İşlər naziri Mevlüt Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə görüşüb.

290696
Çavuşoğlu və Zərif görüşüblər

  İkili görüşün gündəmində Suriya, İraq və Yəməndə yaşanan vəziyyət olub, terrorla mübarizə və yəmənli qaçqınlara humanitar yardım məsələləri də müzakirə edilib.

  Görüşdə iki ölkənin Xarici İşlər nazirləri regional mövzularda daha çox əməkdaşlıq etmək barədə razılığa gəliblər.

  Çavuşoğlu Toplantıya ev sahibliyi edən Küveytin Xarici İşlər naziri Xalid Əl-Sabahla da görüşüb. Bu görüşdə də ikitərəfli və regional əməkdaşlıqla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı tərkibində görüləcək birgə işlər müzakirə edilib. .

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr