NATO ölkələri Xarici İşlər nazirlərinin sammiti

Görüşlərdə Əfqanıstan, Ukrayna, xarici döyüşçülər, qaçqın problemi kimi mövzular müzakirə olunub.

273826
NATO ölkələri Xarici İşlər nazirlərinin sammiti

Xarici işlər naziri Mövlud Çavuşoğlu, Antaliyada keçirilən NATO ölkələri Xarici İşlər nazirlərinin sammiti barədə danışıb.
Çavuşoğlu, iclaslarda və keçirdiyi ikitərəfli görüşlərdə Əfqanıstan, Ukrayna, xarici döyüşçülər, qaçqın problemi kimi mövzuların müzakirə edildiyini bildirib.
Görüşlərdə, NATO ölkələrinin təhlükəsizliyinin təmin edilməsi və terror təhdidinin aradan qaldırılması haqqda fikir mübadiləsi aparılıb.
Nazir, yığıncaqda 2016-cı ildən sonra Əfqanıstana hansı dəstəklərin veriləcəyinin də gündəmə gəldiyini ifadə edib.
Ukraynadakı hadisələrin Avropa və bölgənin təhlükəsizliyi üçün təhdid olduğunu vurğulayan nazir, Ukraynalı həmkarı Klimkin ilə görüşməsində, Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiklərini, problemin diplomatik yolla həll edilməsinin vacib olduğunu bildirib.
Regional hadisələr isə İngiltərə xarici işlər naziri Hammond ilə keçirilən görüşdə ön plana çıxıb.
Çavuşoğlu, Suriyadakı problemlərin, İngiltərə, Avstraliya olmaqla bütün ölkələri maraqlandırdığını söyləyib.
Aralıq dənizi ölkələrinin gündəmində isə Liviya və qeyri leqal miqrasiya məsələləri olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr