Xaricdə yaşayan Türk vətəndaşları artıq səs verməyə başlayıb

Türkiyənin 7 iyun (07.05.2015) Böyük Millət Məclisinə seçkiləri ilə bağlı xaricdə yaşayan Türk vətəndaşları üçün səsvermə prosesi başlayıb.

267922
Xaricdə yaşayan Türk vətəndaşları artıq səs verməyə başlayıb

Türkiyənin 7 iyun (07.05.2015) Böyük Millət Məclisinə seçkiləri ilə bağlı xaricdə yaşayan Türk vətəndaşları üçün səsvermə başlayıb.
Artıq Almaniya, Avstraliya, Avstriya, Belçika, Danimarka, Fransa, İsveçrə, Quzey Kıbrıs Türk Cümhuriyyətindǝ seçicilǝr sǝs vermǝyǝ başlayıblar. Bu ölkǝlǝrdǝ sǝsvermǝ mayın 31-dǝk davam edǝcǝk.
Digǝr ölkǝlǝrdǝ isǝ sǝsvermǝ tarixlǝri belǝdir:
16.05 - 31.05: ABŞ.
22.05 - 31.05: Norveç.
28.05 - 31.05: Rumıniya, Rusiya Federasiyası.
29.05 - 31.05: Bolqarıstan, Hollandiya, İtaliya, Kanada, Səudiyyə Ərəbistanı, Türkmənistan, Yunanıstan.
30.05 - 31.05: Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Bosniya və Herseqovina, Əlcəzair, İsrail, Qazaxıstan, Qırğızıstan, Makedoniya.
31.05: Albaniya, Azərbaycan, Bəhreyn, Çex, Çin, Finlandiya, Cənubi Afrika, Gürcüstan, İran, İrlandiya, İsveç, İspaniya, Yaponiya, Qətər, Kosovo, Küveyt, Livan, Macarıstan, Misir, Özbəkistan, Polşa, Sudan, Tayland, Ukrayna, Oman, İordaniya və Yeni Zellandiya.
Türkiyənin bütün səfirliklərində səsvermə saatları yerli vaxtla saat 10 - 19 arası olaraq təyin olunub. Vətəndaşlar hansı məntəqələrdə səs verəcəklərini bilmək üçün məlumatları www.yurtdisisecim.com ünvanından əldə edə bilərlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr