Türkiyə Polşada yaşayan tatarların yanındadır

Polşa torpaqlarında varlıqları 14-cü əsrdən məlum olan tatarlar dinlərini və mədəniyyətlərini mühafizə edərək ayaq üstündə durmağa davam edirlər.

253559
Türkiyə Polşada yaşayan tatarların yanındadır

  Türkiyə də Polşada yaşayan tatar qardaşlarını yalnız buraxmır.

  Müxtəlif ölkələrdə soydaş və qohum birliklərinə istiqamətli işləri icra edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Polşadakı tatarların dini, mədəni və ictimai fəaliyyətlərinin gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirir.

  Layihələrdən biri paytaxt Varşavada olan müsəlman qəbiristanlığının təmizlənməsi, başdaşların bərpa olunması və başqa təmir işlərini əhatə edir.

  Digər layihə isə ölkənin şimal-şərqində, tatarların sıx yaşadığı Suxovala (Suchowala) qəsəbəsində olan Tatar Mədəniyyət Mərkəzinin inşası ilə bağlıdır.

  Polşa Dini İşlər Qurumunun sədri Tomas Misikeviç (Tomasz Miskiewicz) bu barədə belə deyir: “Türkiyə hökumətinin TİKA vasitəsilə etdiyi maddi dəstək bizim üçün çox əhəmiyyətlidir. Buna görə həm Türkiyə hökumətinə, həm də dövlət başçısı Rəcəb Tayyib Ərdoğana minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr