Rəcəb Tayyib Ərdoğan Mustafa Akıncıyı təbrik edib

Ərdoğan: “Türkiyə, beynəlxalq vəzifə və öhdəliklərini yerinə yetirməyə davam edəcək”

251976
Rəcəb Tayyib Ərdoğan Mustafa Akıncıyı təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan, Şimali Qıbrıs Türk Respublikası prezidenti seçilən Mustafa Akıncıya təbrik mesajı göndərib. Ərdoğan mesajında, Qıbrıs müzakirələrində eyni qərarlılığın davam edəcəyinə inandığını bildirib. Akıncının prezident seçilməsinin, Qıbrıs problemi baxımından kritik dövrə təsadüf etdiyini vurğulayan Ərdoğan, Qıbrıs  müzakirələrinin ədalətli həll edilməsinin, Türkiyənin prioriteti olduğunu bildirib. Prezident “Bu kritik dönəmdə, Türkiyə, ana vətən olaraq, beynəlxalq müqavilələrdən irəli gələn vəzifə və öhdəliklərini qətiyyətlə yerinə yetirməyə davam edəcək” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr